Laçın şəhərinin Seyrangah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 160 vakansiya təqdim ediləcək
Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ediləcək.
Şəhərin Seyrangah ərazisində təşkil olunacaq məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 160 vakansiya təqdim ediləcək.
Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumatlar veriləcək.
Yarmarka saat 10:00-dan 13:00-ə kimi davam edəcək.