Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri - İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüş keçirib.
Görüşdə mentorluq proqramı çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb və qaliblərin liderlik potensiallarının inkişaf etdirilməsi üçün tövsiyələr verilib.
Nazir mentiləri ilə birlikdə hazırladıqları layihə ətrafında müzakirə aparıb, qaliblərin təkliflərini dinləyib. Növbəti görüşdə layihənin gedişatına dair atılan addımların nəzərdən keçiriləcəyini bildirib.
Qeyd edək ki, S.Babayev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovun mentorudur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.