Siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.
Siyahıya:
reabilitasiya vasitələri də daxil edilib.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.
Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.
Qeyd edək ki, ÜST ilə əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş təkliflər əsasında son 4 ildə Siyahıdakı reabilitasiya vasitələrinin sayı 3,8 dəfə artırılıb.