Kursları uğurla başa vuran şəxslərin işlə təminatına
da dəstək göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha 430 nəfər işsiz və işaxtaran şəxs üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil edib.
Onlardan 164 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 266 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.
Hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlıq kursları təşkil olunur.