Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) daha 3 beynəlxalq mükafat qazanıb.
Mərkəz 100-dək ölkədən qurumların qatıldığı “FinTech Awards 2024” müsabiqəsində qalib gələrək “İlin Rəqəmsal İnnovatoru” adına layiq görülüb.https://wealthandfinance.digital/winners/dost-digital-innovations-center-2/
DOST RİM həmçinin Böyük Britaniyada yerləşən “Global Banking&Finance Review” beynəlxalq qurumunun builki “Global Banking&Finance Awards” müsabiqəsində uğur əldə edib. Sosial ödənişlərin proaktiv təyinatı layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Mərkəz “Texnologiya Liderliyi Mükafatı” kateqoriyası üzrə “Azərbaycanın ən yaxşı texnologiya idarəetməsi komandası - 2024” mükafatına yiyələnib.
https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2024-award-winners/
Müsabiqədə ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, Almaniya, Türkiyə, BƏƏ və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar yer alıb.
DOST RİM növbəti mükafatını “Acquisition International” korporasiyasının (Böyük Britaniya) müsabiqəsində qazanıb. Sosial ödənişlərin proaktiv təyini mexanizmi müsabiqənin münsiflər heyətinin yüksək qiymətini alıb və Mərkəz həmin beynəlxalq korporasiyanın “2024-cü il üzrə proaktiv sosial ödəniş texnologiyalarını idarə edən qurum” adına layiq görülüb. ( https://www.acquisition-international.com/winners/dost-digital-innovations-center-2/ )