İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri çərçivəsində bu il Laçın və Füzuli şəhərlərində də “Smart DOST” məntəqələri yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq işləri aparılır.
Bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb.
“Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilir.
Məntəqəyə daxil olub müraciət edən vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçirilir.