Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Qarabağ Regional DOST Mərkəzində olub.
Ziyarət səfirin və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun Bərdə şəhərinə səfəri çərçivəsində baş tutub. Səfir və BMT-nin nümayəndəsi Qarabağ Regional DOST Mərkəzində xidmət prosesi ilə tanış olublar.
DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Daha sonra nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib.
Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.