“Bravo” supermarketlər şəbəkəsi ölkəmizdə yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq bu sahədə aparılan işlərdə sosial məsuliyyət prinsipindən dəstəyini göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərdən 10 min nəfəri “Bravo” tərəfindən ərzaq yardımı ilə təmin edilib.
Ərzaq yardımları Bakı və bölgələrdə sosial xidmətçilərlə birgə tənha yaşlıların evlərinə çatdırılıb.
Bu təşəbbüs pandemiyadan qorunmaları üçün evdən çıxmaları qadağan edilən yaşlı insanlarımızın gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacının aradan qalxmasına, onların rifahına və hazırkı dönəmdə #evdəqal çağırışına “Bravo”dan dəyərli dəstəkdir.