Bundan sonra məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək.
Həmin şəxslərin ehtiyac duyduqları hüququ-psixoloji yardımla təminatı üçün müvafiq işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində son illərdə bu kateqoriyadan olan vətəndaşlar üçün yardım mərkəzləri də yaradılıb.
Bundan sonra isə əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, şəhid ailəsi üzvləri və digər həssas qruplarla yanaşı, məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. Onların proqrama cəlb olunmaqla öz kiçik bizneslərini qurmalarına dəstək göstəriləcək.
Bu isə nəticədə qeyd edilən insanların hər hansı şəxsdən iqtisadi asılılıqlarının aradan qalxmasına, müstəqil şəkildə özünü təmin etmə imkanlarına yiyələnmələrinə şərait yaratmaq mədsədi daşıyır.
Onu da bildirək ki, 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10352 vətəndaşdan 6400-ü (61,8 faiz) həssas kateqoriyalardan olan şəxslərdir.