Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində işsiz və işaxtaranlar üçün əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbirində 53 müəssisədən 450 vakansiya təqdim edilib. İşsiz və işaxtaran vətəndaşlara bu vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə bu ilin yanvar ayından başlanılıb və artıq 16 rayonda yarmarka keçirilib. İl ərzində ümumilikdə 58 şəhər və rayon üzrə 100 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub .