9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar - sentyabr aylarında 303,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 124 min şəxs münasib işlərlə təmin edilib, 11,9 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Bu ilin 9 ayında həmçinin 12,2 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 155,2 minədək şəxsə peşəyönümü xidmətlər göstərilib.