Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial sifarişi əsasında Ağcabədi rayonunda yaradılmış icma əsaslı reabilitasiya və günərzi qayğı mərkəzlərinə cəlb olunan uşaqların valideynləri üçün sosial müdafiə sahəsində hüquqlara dair məlumatlandırma tədbiri təşkil olunub.
Tədbirdə DSMF-nin Ağcabədi rayon şöbəsinin əməkdaşları iştirakçılara sosial təminat sistemi barədə məlumat veriblər. Sonra sosial təminat növlərinin, habelə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün qanunvericilikdən irəli gələn şərtlər, sosial yardım üçün e-qaydada müraciət olunması proseduru, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb edilmə və s. barədə valideynlərin sualları cavablandırılıb.