Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib.
Beləliklə, proqram əsasında işlə təmin olunanların sayı 35 minə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilib.