Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni elektron məlumatlandırma xidmətləri də yaradılıb.
Onların sırasına:
Bundan əvvəl isə ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət,
əlillik təyinatı və s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.
Beləliklə, “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləyə bilirlər.
Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.