Bir qrup Nazirlik əməkdaşının Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış ediblər. Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərindən, YAP-ın ölkəmizin inkişafı proseslərində mühüm rolundan bəhs olunub.