Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə)” və “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili (Xaçmaz, Qazax, Gəncə və Lənkəran rayonları üzrə)” adlı müsabiqələr keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 24 may 2024-cü il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. Müsabiqə 27 may 2024-cü il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)
Müsabiqə komissiyası