ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

31.10.2023 - Sosial Xidmətlər Agentliyi təkrar müsabiqələr keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Gündəlik həyat fəaliyyətində  çətinlik olan uşaqların qiymətləndirilməsi və həyat keyfiyyətinin artırmaq üçün terapiya imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi”, “Görmə imkanı məhdud olan şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi”,  “Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılması”, adlı təkrar müsabiqələr keçirir.


Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.


Müsabiqədə iştirak edən təşkilatların təklifləri 1 noyabr 2023-cü il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 2 noyabr 2023-cü il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)


Müsabiqə komissiyası