Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Ağsu, Ağdaş, Ağcabədi, Bərdə, Cəlilabad, Gəncə, Hacıqabul, Xaçmaz, İmişli, Kürdəmir, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Salyan, Saatlı, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar, Yevlax şəhər və rayonları üzrə)” və “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Xaçmaz və Qax rayonları üzrə) adlı müsabiqələr keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 17 mart 2023-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 27 mart 2023-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5036)
Müsabiqə komissiyası