Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların qiymətləndirilməsi və həyat keyfiyyətinin artırmaq üçün terapiya imkanlarının genişləndirilməsi ilə bağlı innovative təşəbbüslərin həyata keçirilməsi”, “Görmə imkanı məhdud olan şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi”, "Nitq qabiliyyəti məhdud olan insanların ünsiyyət imkanlarının asanlaşdırılması ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi", "Disleksiyadan əziyyət çəkən uşaqların qiymətləndirilməsi və öyrənmə imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi", “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması”, “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi”, “Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılması”, “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı müsabiqələr keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 16 oktyabr 2023-cü il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 17 oktyabr 2023-cü il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)
Müsabiqə komissiyası