ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi və xarici dillərdə yaradılması” adlı müsabiqə keçirir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi və xarici dillərdə yaradılması” adlı müsabiqə keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 22 noyabr 2022-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 23 noyabr 2022-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası