Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 4 may 2022-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 5 may 2022-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası