Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 26 noyabr 2021-ci il tarixdə keçirilmiş “Məişət zorakılığından müdafiə vasitələrinə etimadın, övladlığagötürmənin təşviqi və həssas qruplardan olan şəxslərə cəmiyyətdə xüsusi diqqətin təbliği” adlı müsabiqənin qalibi “PR Agency” MMC, “Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyasından sonra cəmiyyətə adaptasiya olunması” adlı müsabiqənin qalibləri fiziki şəxs Nəcəfova Məlahət Mahmud qızı və “PR Agency” MMC olmuşdur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 09 dekabr 2021-ci il tarixdə keçirilmiş “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx)” adlı təkrar müsabiqənin qalibi “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi, “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” adlı təkrar müsabiqənin qalibləri “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi və “Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi, “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” adlı təkrar müsabiqənin qalibi “İnkişafa Doğru” Regionların soisal-iqtisadi inkişafına dəstək İctimai Birliyi, “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqənin qalibi “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi olmuşdur.
“Şəhid ailəsinə cəmiyyətdə xüsusi diqqətin təbliği (tanıtım)” adlı təkrar və “Görmə üzrə əlilliyin qarşısının alınmasına yönəldilmiş maarifləndirici tədbirlər” adlı müsabiqələr baş tutmamış hesab edilmişdir.