Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 13 avqust 2021-ci il tarixdə keçirilmiş “20 yanvar hadisələrinin mahiyyətinin təbliği” adlı təkrar müsabiqənin qalibləri "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi və “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi, “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resurslarının yaradılması” adlı müsabiqənin qalibi fiziki şəxs Mərdan Orxan Şiruyyə oğlu, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” adlı təkrar müsabiqənin qalibləri "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi və “Royal Events” MMC olmuşdur. “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqə baş tutmamış hesab edilmişdir.