ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 24 dekabr 2021-ci il tarixdə keçirilmiş “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqənin qalibi “Sosial-İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyi olmuşdur.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 26 noyabr 2021-ci il tarixdə keçirilmiş “Məişət zorakılığından müdafiə vasitələrinə etimadın, övladlığagötürmənin təşviqi və həssas qruplardan olan şəxslərə cəmiyyətdə xüsusi diqqətin təbliği” adlı müsabiqənin qalibi “PR Agency” MMC, “Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyasından sonra cəmiyyətə adaptasiya olunması” adlı müsabiqənin qalibləri fiziki şəxs Nəcəfova Məlahət Mahmud qızı və “PR Agency” MMC olmuşdur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 09 dekabr 2021-ci il tarixdə keçirilmiş “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx)” adlı təkrar müsabiqənin qalibi “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi, “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” adlı təkrar müsabiqənin qalibləri “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi və “Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi, “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” adlı təkrar müsabiqənin qalibi “İnkişafa Doğru” Regionların soisal-iqtisadi inkişafına dəstək İctimai Birliyi, “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqənin qalibi “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi olmuşdur.

“Şəhid ailəsinə cəmiyyətdə xüsusi diqqətin təbliği (tanıtım)” adlı təkrar və “Görmə üzrə əlilliyin qarşısının alınmasına yönəldilmiş maarifləndirici tədbirlər” adlı müsabiqələr baş tutmamış hesab edilmişdir.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 30 noyabr 2021-ci il tarixdə keçirilmiş “Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması” adlı təkrar müsabiqənin qalibi “Mərdəkan Reabilitasiya Pansionatı” PHŞ, “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqənin qalibi “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsaqənin qalibləri “Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi və “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi, “Sağlamlıq imkanları məhdud uşaqların (serebral iflic) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqənin qalibi fiziki şəxs Əliyev Vüqar Yusif oğlu olmuşdur.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 02 noyabr 2021-ci il tarixdə keçirilmiş “Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlara həmin şəxslərin hazırlığının və iştirakının təmin edilməsi” adlı müsabiqənin qalibi “Boccia İdman Federasiyası” İctimai Birliyi olmuşdur.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar (və ya şəxslər) üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı müsabiqənin qalibi “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması” adlı müsabiqənin qalibləri fiziki şəxs İsmayılov Hafiz Telman oğlu, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi, “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı müsabiqənin qalibləri fiziki şəxs Cəfərqulu Ceyhun İsmayıl oğlu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı müsabiqənin qalibləri “Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi olmuşdur. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə keçirilmiş “Sosial məsuliyyət platforması” adlı təkrar müsabiqənin qalibi “Educators.Pro” MMC olmuşdur.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 13 avqust 2021-ci il tarixdə keçirilmiş “20 yanvar hadisələrinin mahiyyətinin təbliği” adlı təkrar müsabiqənin qalibləri "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi və  “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi, “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resurslarının yaradılması” adlı müsabiqənin qalibi fiziki şəxs Mərdan Orxan Şiruyyə oğlu, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” adlı təkrar müsabiqənin qalibləri "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi və “Royal Events” MMC olmuşdur. “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqə baş tutmamış hesab edilmişdir.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə keçirilmiş “İnsan alverinə qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” adlı müsabiqə baş tutmamış hesab edilmişdir.

2021-ci ildə elan olunmuş müsabiqələrin nəticələri barədə məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 06 avqust 2021-ci il tarixdə keçirilmiş “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Gəncə, Şirvan, Ağcabədi şəhər və rayonları üzrə)” adlı müsabiqənin qalibləri Gəncə şəhəri üzrə “Sosial hüquqların araşdırılması” İctimai Birliyi,  Ağcabədi rayonu üzrə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi, Şirvan şəhəri üzrə isə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi olmuşdur.