ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx)”, “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili”, “Şəhid ailəsinə cəmiyyətdə xüsusi diqqətin təbliği (tanıtım)”, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi”, “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların övladlığa götürülməsinin təşviq edilməsi (tanıtım çarx)” adlı müsabiqələr keçirir. (06.11-26.11.2021-ci il)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx)”, “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili”, “Şəhid ailəsinə cəmiyyətdə xüsusi diqqətin təbliği (tanıtım)”, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi”, “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların övladlığa götürülməsinin təşviq edilməsi (tanıtım çarx)” adlı müsabiqələr keçirir.    
 Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
 İştirak haqqı yoxdur.
  Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.
Müsabiqələrdə iştirak edən təşkilatların təklifləri 11 noyabr 2021-ci  il  saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
 Müsabiqə 12 noyabr 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası