ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması” adlı təkrar, “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi”, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm, serebral iflic) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqələr keçirir.( 23.11-30.11.2021)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması” adlı təkrar, “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi”, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm, serebral iflic) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqələr keçirir.    
 Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
 İştirak haqqı yoxdur.
  Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 29 noyabr 2021-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
 Müsabiqə 30 noyabr 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası