ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar (və ya şəxslər) üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması......

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar (və ya şəxslər) üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması”, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması”, “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması”, “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”  adlı müsabiqələr keçirir.  

 Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.

Müsabiqələrdə iştirak edən təşkilatların təklifləri 06 sentyabr 2021-ci  il  saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 07 sentyabr 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5031)

Müsabiqə komissiyası