ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 yanvar hadisələrinin mahiyyətinin təbliği”, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” adlı təkrar, “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi”, “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resurslarının yaradılması” adlı müsabiqələr keçirir (23.07-12.08.2021)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 yanvar hadisələrinin mahiyyətinin təbliği”, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” adlı təkrar, “Əlilliyi olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi”, “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resurslarının yaradılması” adlı müsabiqələr keçirir.    

Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 12 avqust 2021-ci  il  saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
 Müsabiqə 13 avqust 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.

      Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5031)
      Müsabiqə komissiyası