Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlara həmin şəxslərin hazırlığının və iştirakının təmin edilməsi” adlı müsabiqə keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 01 noyabr 2021-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 02 noyabr 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası