Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Bakı şəhəri (12 rayon üzrə) və Abşeron, Ağcabədi, Ağstafa, Ağdam, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Sumqayıt, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab şəhər və rayonları üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili (Bakı şəhəri Yasamal, Sabunçu, Nəsimi, Gəncə, Ağcabədi, Ağsu, Beyləqan, İmişli, Kürdəmir, Qəbələ, Qobustan, Siyəzən, Şabran, Şamaxı, Oğuz, Şəki, Şirvan, Hacıqabul, Sabirabad şəhər və rayonları üzrə), “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili (Abşeron, Sumqayıt, Gəncə, Bakı şəhəri Sabunçu, Xəzər, Binəqədi, Pirallahı, Mingəçevir, Lənkəran, Xaçmaz şəhər və rayonları üzrə) və “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” adlı müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
Iştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 19 avqust 2021-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 20 avqust 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5031)
Müsabiqə komissiyası