Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli 396 nömrəli Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Respublika qəzetində 07 oktyabr 2020-ci ildə elan edilmiş “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası (Bakı şəhəri üzrə 5 mərkəz)”, 09 oktyabr 2020-ci il tarixdə elan edilmiş Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Uşaq Günərzi Qayğı və İcma Əsaslı Reabilitasiya mərkəzləri xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Lənkəran, Tovuz, Bərdə, Quba, Goranboy, Göygöl, Neftçala, Qusar, Ucar, Masallı, Bakı-Nəsimi, Bakı-Binəqədi, Bakı-Nizami, Bakı-Pirallahı, Bakı-Səbail, Bakı-Sabunçu, Bakı-Xətai, Gəncə, Xaçmaz, Samux, Tərtər, Balakən, Şamaxı, Saatlı, Ağdaş, Yevlax, Naftalan, Biləsuvar, Mingəçevir, İsmayıllı və Şəmkir şəhər və rayonları üzrə)”, 15 oktyabr 2020-ci il tarixdə elan edilmiş “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı müsabiqələr üzrə təkliflərin təqdim edilmə tarixi 03 noyabr 2020-ci il saat 17:00-a, müsabiqələrin keçirilmə tarixi 04 noyabr 2020-ci il saat 11:00-a tarixə keçirilmişdir.