ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası”, “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası”, “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı  olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Uşaq Günərzi Qayğı və İcma Əsaslı Reabilitasiya mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Cəlilabad, Lənkəran, Tovuz, Bərdə, Quba, Lerik, Goranboy, Göygöl,Hacıqabul, Neftçala,Oğuz,  Qusar,İmişli, Ağstafa,Qax, Ucar, Abşeron, Masallı, Qəbələ, Bakı, Gəncə şəhər və rayonları üzrə)” və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqələr keçirir.  

            Müsabiqələrdə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

            İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqələrdə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80  ünvanına 27 fevral 2020-ci  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. 

Müsabiqələr 28 fevral 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20.

      Müsabiqə komissiyası;