ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Bakı şəhəri üzrə 4 mərkəz,Sumqayıt, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Naftalan, Balakən, Şəki, Qəbələ, Lerik, Cəlilabad, Xaçmaz, Siyəzən, Göyçay, Biləsuvar, Mingəçevir, Ağdaş, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Füzuli, Ağdam, Şamaxı şəhər və rayonları üzrə), Görmə imkanları məhdud şəxslər üçün reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili (regionlarda 3 mərkəz), Ahıllar üçün Günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili (Bakı şəhəri üzrə  4 mərkəz, Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz,Lənkəran şəhər və rayonları üzrə), İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili (Lənkəran, Gəncə, Göyçay şəhər və rayonları üzrə), Sağlamlıq imkanları məhdud uşaqların və digər şəxslərin  asudə vaxtının təşkili, Sağlamlıq imkanları məhdud uşaqlara İdman incəsənət və xalq sənət növlərinin öyrədilməsi (Bakı  şəhəri üzrə 2 mərkəz), Görmə imkanları məhdud şəxslərə müyəssər fomatlı nəşrlərin hazırlanması adlı müsabiqələr keçirir.

 Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 02 iyul 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 03 iyul 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20

      Müsabiqə komissiyası;