ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Yardımlı, Ağcabədi, Yevlax, Lənkəran, Salyan şəhər və rayonları üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Masallı, Yardımlı..

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Yardımlı, Ağcabədi, Yevlax, Lənkəran, Salyan şəhər və rayonları üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Göyçay, İmişli, Sumqayıt, Mingəçevir, Kürdəmir şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqələr və “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının təşkili”, “Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbirləri”, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı müsabiqələr keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 16 may 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqə 17 may 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20

      Müsabiqə komissiyası;