ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması” adlı təkrar müsabiqə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması” adlı təkrar müsabiqə keçirir.  

Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80  ünvanına 16 may 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqə 17 may 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

Əlaqə telefonu: (012) 434-05-20.

      Müsabiqə komissiyası;