ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqə keçirir.

Müsabiqədə hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 16 may 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqə 17 may 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

Əlaqə telefonu: (012) 434-05-20

Müsabiqə komissiyası;