Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri üzrə 10 mərkəz, Abşeron, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Goranboy, Qax, Oğuz, Astara, Lənkəran, Qusar, Quba, Şabran, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Salyan, Yevlax, Ucar, Zərdab, Hacıqabul, Tərtər, Qobustan, İsmayıllı, Ağsu şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili, Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası (Bakı şəhəri və regionlar), Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası (Bakı şəhəri və regionlar), Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzinin yaradılması (Bakı şəhəri Cəlilabad,Ağcabədi, Şəmkir, Şəki rayon və şəhərləri üzrə), Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması, Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası (regionlarda 3 mərkəz), Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərlərin maarifləndirməsi, Əlilliyi olan şəxslər üçün peşə-sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili ( regionlarda 10 mərkəz) adlı müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 24 iyun 2019-cu il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 25 iyun 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20
Müsabiqə komissiyası;