Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət vəqayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili”, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” və “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi” adlı müsabiqələr keçirir.
Müsabiqələrdə hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 25 aprel 2019-cu il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 26 aprel 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20
Müsabiqə komissiyası;