Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri üzrə 5 mərkəz, Astara, Salyan, Yevlax, Tərtər, İsmayıllı şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili, Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası (Bakı şəhəri və regionlar), Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası (Bakı şəhəri və regionlar), Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzinin yaradılması (Cəlilabad, Ağcabədi, Şəmkir, Şəki rayonları üzrə), Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması, Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası (regionlarda 2 mərkəz), Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərlərin maarifləndirməsi adlı təkrar müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 15 iyul 2019-cu il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 16 iyul 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20
Müsabiqə komissiyası;