ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə dəstək

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirmiş, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş vətəndaşlar sosial müdafiə sistemi ilə əhatə olunublar.

Müharibə ilə əlaqədar əlillik təyinatı kimlərə aparılır?

Müharibə ilə əlaqədar əlillik təyinatı  aparılanlar iki qrupa bölünür:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanlar; Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin olunanlar.

Müharibə ilə əlaqədar əlillik təyinatı üçün hansı sənədlər tələb olunur?

Xəstəlik Haqqında Şəhadətnamə - hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin ərazi bütövlüyünün müdafiəsi və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olduğu təsbit edilir;

Göndəriş (Forma 88) – Xəstəlik haqqında Şəhadətnamə əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.

Müharibə ilə əlaqədar əlillik təyin edilməsi məqsədilə tələb olunan sənədlər üçün hansı quruma müraciət olunur?

- Xəstəlik haqqında Şəhadətnamə üçün – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).

- Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir.

- Təyinat – yuxarıda qeyd olunan sənədlər elektron qaydada ƏƏSMN-ə təqdim edilir və Nazirlik tərəfindən qiymətləndirmə və təyinat aparılır.

Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslərin sosial təminat hüquqları nə vaxt yaranır?

Pensiya və müavinət üzrə - əlillik dərəcəsi müəyyən olunduğu gündən yaranır;

Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə - əlillik səbəbi müəyyən edildiyi gündən yaranır.

Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslərin hansı imtiyaz və sosial təminat hüquqları vardır?

Birdəfəlik sığorta ödənişi - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun  olaraq  (I dərəcəyə görə - 8 800 manat, II dərəcəyə görə - 6600 manat və III dərəcəyə görə -  4 400 manat) sığorta ödənişi  həyata keçirilir. (1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

 Prosedur: Sığorta ödənişinin verilməsi üçün əlilliyi müəyyən olunmuş şəxs əlillik dərəcəsi barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışını və şəxsiyyət vəsiqəsinin surətini  müvafiq quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi şəxsin bank hesabına köçürülür.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (əlillik dərəcəsinə uyğun 500 manat, 400 manat və 330 manat məbləğində, əlavə olaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

 Təyinat elektron qaydada aparılır.

Əlilliyə görə pensiya (aylıq) – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

 Təyinat elektron qaydada aparılır.

Əlilliyə görə müavinət (aylıq) – – əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 270, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə isə 150 manat məbləğində müavinət ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Təyinat elektron qaydada aparılır.

Mənzil təminatı – 1 yanvar 2023-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır;
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilmə həyata keçirilir.

Avtomobillə təminat – müharibə əlilləri növbəliliik qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz olaraq nəqliyyat vasitəsi ilə təmin olunurlar.
Prosedur: Bu şəxslər qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət edirlər, sonra isə səhiyyə müəssisəsi elektron formada göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Sanatoriya-kurort müalicəsi – Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Reabilitasiya vasitələri ilə təminat– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil arabası da daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlərlə təmin olunurlar;

 Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Reabilitasiya xidmətləri – bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursları keçirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə

Psixoloji dəstək - Müharibə əlillərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müraciəti əsasında

Təhsil – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqları, habelə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).

Özünüməşğulluğun təşkili: Müharibə əlillərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Müharibə əlillərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə əlillərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

 Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Kvota üzrə iş yerlərində işlə təmin edilmə: Müharibə əlillərinin ən qısa zamanda növbədənkənar bu işlərə cəlb edilməsi təmin edilir;

 Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Kvotadan əlavə iş yerlərinin yaradılması: Müharibə əlillərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi; 

 Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Müharibə əlilləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;

 Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracitə etməlidir.

Əlavə - Müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.