ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Uşağın anadan olmasına görə müavinət

Müavinət almaq hüququ olan şəxslər

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

Müavinət hansı qaydada təyin edilir?

Uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an  proaktiv qaydada təyin olunur.

Tələb olunan sənədlərin siyahısı

Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv təyin edilir. Proaktiv təyinatın mümkün olmadığı kateqoriyadan olan şəxslərə müavinətin təyin edilməsi üçün qeyd edilən sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; Uşağın doğum haqqında şəhadətnaməsinin surəti; Uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;

Müavinətin məbləği

600 manat  

Müraciətə baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Müavinətin keçmiş dövr üçün ödənilməsi

Uşağın anadan olmasına görə müavinəin ödənilməsi üçün müddət məhdudiyyəti qoyulmur.

Müvafiq qanunvericilik:

1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu https://e-qanun.az/framework/11508  

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası” https://e-qanun.az/framework/57687  

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”  4. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı https://e-qanun.az/framework/26488