“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 235 400,0 manat, xərcləri 151 235 400,0 manat məbləğində təsdiq edilir.[1]

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

111 869 600,00

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

17 662 900,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17 662 900,0[2]

1.3.

qeyri-büdcə sektoru üzrə

76 543 800,0[3]

2.

Sair gəlirlər

30 000,00

3.

2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti

39 335 800,0[4]

 

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

1.

İşsizliyə görə sığorta ödənişləri

10 000 000,0[5]

2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

7 000 000,0[6]

3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

2 000 000,00

4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

500 000,00

5.

Haqqı ödənilən ictimai işlərin təşkili

3 000 000,0[7]

6.

Özünüməşğulluq tədbirlərinin təşkili

78 735 400,0[8]

7.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

3 000 000,00

8.

Peşə standartlarının hazırlanması

2 000 000,00

9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

43 000 000,00

10.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

1 000 000,00

11.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri

1 000 000,00

 

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2019-cu il

                  № 1698-VQ

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 1-ci maddədə hər iki halda “128 235 400,0” rəqəmləri “151 235 400,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 2-ci maddənin 1.1-ci və 1.2-ci bəndlərində “17 834 800,0” rəqəmləri “17 662 900,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 2-ci maddənin 1.3-cü bəndində “76 200 000,0” rəqəmləri “76 543 800,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 2-ci maddənin 3-cü hissəsində “16 335 800,0” rəqəmləri “39 335 800,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[5] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 3-cü maddənin 1-ci hissəsində “5 000 000,0” rəqəmləri “10 000 000,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 3-cü maddənin 2-ci hissəsində “5 000 000,0” rəqəmləri “7 000 000,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 3-cü maddənin 5-ci hissəsində “2 000 000,0” rəqəmləri “3 000 000,0” rəqəmləri ilə əvəz edilmişdir.

 

[8] 7 avqust 2020-ci il tarixli 161-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 avqust 2020-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1022) ilə 3-cü maddənin 6-cı hissəsində “63 735 400,0” rəqəmləri “78 735 400,0” rəqəmləri ilə əvəz edilmişdir.