Gəncədə erməni terrorundan əziyyət çəkən şəxslərə psixoloji yardım göstərilib

Ermənistan tərəfindən Gəncə şəhərində mülki şəxslərə yönəlmiş terror aktları zamanı zərər çəkmişlərə psixoloji yardım göstərmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində psixoloqlardan ibarət 9 nəfərlik briqada yaradılıb.  

Hadisənin elə ilk günündən müvafiq işlərə başlayan briqada Gəncə şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə sakinlərlə - dəhşətli terrorun ağrı-acısını yaşayan, ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş və psixoloji yardıma ehtiyacı olan vətəndaşlarla, ailələrlə görüşüb. Onlarla  profilaktik söhbətlər aparıb, hər birinə psixoloji yardımlar göstərib.