DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsis edilmişdir.

Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərovdur.

Ünvanı: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 85Z

Telefon: (+994 12) 526 30 27