Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı DAXİLİ MÜSAHİBƏ ELAN EDİR

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı DAXİLİ MÜSAHİBƏ

Elan edir:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində inzibati vəzifələrdə hazırda qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibə elan edilir (vakansiyaların siyahısı).

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər Nazirliyin Aparatının Dövlət qulluğu və  kadr məsələləri şöbəsinə elektron qaydada və ya şəxsən təqdim edilməlidir:

ərizə;

-  əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) (dil bilikləri ilə bağlı qeyd);

- sağlamlıq haqqında tibbi arayış (“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na əsasən);

-  bir ədəd ağ fonda çəkilmiş fotoşəkil (4x6);

QEYD: Son bir ildə intizam tənbehi verilmiş şəxslər müsahibəyə buraxılmır.

  Sənəd qəbulu 08 oktyabr 2020-ci il saat 18:00-dək davam edəcək.

    Müsahibəyə dair ətraflı məlumatı (012) 596-50-26 nömrəsindən əldə edə bilərsiniz.

     Əlaqələndirici şəxs: Aynurə İsayeva (daxili nömrə: 516; e-mail: aynura.isayeva@sosial.gov.az)