Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
Sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan "İşsizlikdən sığorta" haqqında Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları;
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər;
Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:
dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
əmək müqaviləsinin müddəti qurtardıqda;
müəssisənin mülkiyyətçisi dəyişdikdə;
əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır.
Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.
Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən az 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə – sığorta ödənişi 3 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur. (Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur).
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 74-cü maddəsinin 1-ci hissəsinin "b" və "ə" bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - 6 ay müddətinə əsas sığorta ödənişi sığorta stajından asılı olmayaraq, şəxslərin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün – 100 faiz;
- 3–4-cü təqvim ayları üçün – 80 faiz;
- 5–6-cı təqvim ayları üçün – 70 faiz.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 74-cü maddəsinin 1-ci hissəsinin "b" və "ə" bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - sığorta ödənişi 6 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur.
Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə işdən azad olunan işsiz şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir, sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ yaranmır.
Himayəsində 18 yaşa çatmamış uşaq olan şəxslər sığorta ödənişinə əlavəni hər uşağa görə 5 faiz almaq hüququna malikdirlər. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin qanunamüvafiq şəkildə əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.
Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi.
-“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
-Sığorta ödənişi alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə; (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.)
-“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;
-Sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan “İşsizlikdən sığorta haqqında” Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.)
-Sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
-Sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” Mərkəzlərinə məlumat vermədən işə düzəldikdə;
-Sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;
-Sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;
-Sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda;
-Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
-Sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
-Sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;
-Sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;
-Sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
-Sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
-Sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.
Fərdi Məşğulluq proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təklifləri özündə əks etdirir. Sığorta ödənişi alan şəxs ayda bir dəfə bu proqramın icrası ilə bağlı hesabatı şəxsən təqdim etməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.
Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin qanunamüvafiq şəkildə əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.
Əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək münasibətlərinə xitam verilən və sığorta ödənişi təyin olunan şəxslər istisna olmaqla, bir sığorta hadisəsi üzrə ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində məşğul şəxs hesab edilməmiş şəxsin bir dəfə təkrar müraciət edərək həmin sığorta hadisəsinə görə 3 ay müddətinə yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur (2026-cı il üçün 400 manat məbləğində müəyyən olunub).