
Nihad Hafiz oğlu Muxtarlı
1990-cı ildə anadan olub.
2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2012-2014-cü illərdə Türkiyənin İzmir Ekonomi Universitetində "Master of Business Administration" ixtisası üzrə ingilis dilində magistr təhsili alıb.
Şimali Kipr Doğu Akdeniz Universitetində ingilis dili üzrə dəstək proqramında iştirak edib.
2014-2017-ci illərdə Qərbi Kaspi Universitetinin aspirantı olub, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2009-cu ildən özəl sektorda, 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində baş məsləhətçi, hazırkı vəzifəsinə qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.