Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsinin 21-ci günündə - 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.
Ölkə Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Azad edilmiş digər ərazilərimiz kimi, Füzuli şəhərində də genişmiqyaslı tikinti və quruculuq işləri aparılır. Uzun illər işğal altında olarkən düşmən tərəfindən dağıdılmış ərazilərdə bu gün yeni yaşayış massivləri, sosial infrastruktur obyektləri, yollar, səhiyyə müəssisələri inşa olunur.