Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1450 şəxsin işlə təminatı həyata keçirilib.
Onların işlə təmin edilməsi üçün 782 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Proqram çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilir.
2020-ci ildə icrasına başlanan İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə ötən dövrdə ümumilikdə 6215 şəxs iş yeri əldə edib.