İşaxtaran şəxslərin nəzərinə!
Avqustun 11-i saat 9-da Qarabağ Regional Məşğulluq filialının dəstəyi ilə Ağdərə rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Talış kəndində yerləşən mobil bazasının inzibati binasında əmək yarmarkası keçiriləcək.
Əmək yarmarkasına ANAMA tərəfindən Ağdərə rayonu üzrə 9 vakansiyanın çıxarılması nəzərdə tutulub.
Vakansiyalar:
minaaxtaran
qabyuyan
xadimə
Əmək yarmarkasına gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Namizədlərin CV nümunəsi gətirmələri arzuolunandır.
Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaq.